ABS Qüdsü İsrailin paytaxtı kimi tanıdı - rəsmən
Ölçü:


ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib.

Koordinat.az xəbər verir ki, ABŞ prezidenti bəyanatını mövcud reallığa əsaslanaraq verdiyini bildirib.  O, əlavə edib ki, ABŞ regionda sülhün əldə olunması üçün əlindən gələni edəcək: "Mən Dövlət Departamentinə ABŞ səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsi üçün tapşırıq verdim".

"Yerusəlimin  rəsmi olaraq İsrailin paytaxtı kimi tanınmasının vaxtı çatıb”, deyə D.Tramp vurğulayıb. Onun sözlərinə görə, artıq binanın inşası üçün müvafiq işlərin görülməsinə başlanılıb.

"Yeni səfirliyin qurulması sülhə gözəl töhfə verəcək", deyə D.Tramp bildirib.

Bundan əvvəl İslam Əməkdaşlıq Təşkilatı (İƏT)  bəyanat yayaraq bildirib ki, quruma üzv 57 dövlət səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcək ölkə ilə əlaqələri tam kəsməli olacaq:  “Bu addım bütün ərəb ölkələri və müsəlman dünyasına qarşı açıq təcavüz kimi qiymətləndiriləcək”.

Bundan əvvəl ərəb ölkələrinin liderləri ABŞ prezidentinin niyyətini tənqid ediblər, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr ABŞ prezidenti Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan və ölkə səfirliyini Qüdsə köçürməkdən çəkinməyə çağırıblar.

Aİ isə D.Trampın bu qərarının Yaxın Şərq probleminin həlli istiqamətində səylərə xələl gətirə biləcəyi ilə bağlı xəbərdarlıq edib/APA.
06.12.2017 22:52:00
Oxuma sayı: 50