Bu yollarda sürət həddi endirildi
Ölçü:


Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralında sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən Koordinat.az-a verilən məlumata görə, bunlar Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi - Hava limanı yoludur. Hər iki yolda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

Bakı Nəqliyyat Agentliyi sürücülərə yollardakı sürət həddinə əməl etməyi tövsiyyə edib.
 
06.12.2017 20:34:00
Oxuma sayı: 55