Putin gələn il prezident seçkilərində iştirak edəcək
Ölçü:



Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək.

Koordinat.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti özü məlumat verib.

“Mən seçicilərin etimadını qazanaraq Rusiya Federasiyasının prezidenti vəzifəsinə seçilməyə çalışacağam”, - deyə Putin vurğulayıb.

Qeyd edək ki, V. Putinin səlahiyyət müddəti 2018-ci il mayın 7-də başa çatır.
06.12.2017 19:59:00
Oxuma sayı: 40