Magistr və doktorantlara şad xəbər
Ölçü:


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və Bakı Dövlət Universitetinin Elmi Şurasının oktyabrın 3-də keçirilən birgə iclasında akademiyanın gənc nəsildə elmə marağın formalaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışılıb.

Koordinat.az xəbər verir ki, bu islahatların mühüm istiqamətlərindən biri kimi AMEA-nın magistrant və doktorantlarının tədris müddətində yataqxana ilə təmin edilməsinin vacib olduğu vurğulanıb.

İclasda akademiyada təhsil alan magistrant və doktorantlarının sosial problemlərinin aradan qaldırılması üçün onların tədris müddəti ərzində yaşayış yeri ilə təmin edilməsi qərara alınıb.
03.10.2018 15:53:00
Oxuma sayı: 903