Ermənistanda 6 nazir istefaya göndərilib
Ölçü:


Ermənistan prezident Armen Sarkisyanın fərmanı ilə dünən 6 nazir istefaya göndərilib. Bunlar "Çiçəklənən Ermənistan" və "Daşnaksütun" partiyalarından olan nazirlərdir.

Koordinat.az xəbər verir ki, prezidentin fərmanı ilə istefaya göndərilənlər "Daşnaksütun" partiyasından iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan, kənd təsərrüfatı naziri Artur Xaçatryan, "Çiçəklənən Ermənistan" partiyasından fövqəladə hallar naziri Qraçya Rostomyan, nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan, idman və gənclər naziri Levon Vaqradyan, enerji infrastrukturları və təbii sərvətlər naziri Artur Qriqoryandır.

Ermənistanın baş naziri Nikol Paşinyan nazirlərin istefaya göndərilməsindən öncə bildirmişdi ki, "Çiçəklənən Ermənistan" və "Daşnaksütun" partiyalarının nazir və qubernatorları işdən çıxarılandan sonra o, özü də istefa verəcək. Ancaq öz səlahiyyətlərini qoruyub saxlayacaq və istefadan sonra da baş nazir kimi öz vəzifəsini yerinə yetirəcək. Və növbədənkənar parlament seçkiləri keçirilməyənədək Ermənistan parlamentinə yeni baş nazir seçməyə imkan tanımayacaq...

Baş nazir in sözlərinə görə, Ermənistanda dekabrın əvvəli növbədənkənar parlament seçkiləri  keçirilməlidir, əlbəttə, xalqın tələbi ilə...

Daha sonra Paşinyan Ermənistan Milli Məclisinin deputatları ilə bağlı qapı arxasında danışıqlar aparıb.
03.10.2018 09:40:48
Oxuma sayı: 560