Vasim Məmmədəliyev Bakı İslam Universitetinin bağlanması barədə
Ölçü:


“Gənclərimiz əvvəllər dini təhsil almaq üçün xarici ölkələrə üz tuturdular. Bu da birmənalı qarşılanmırdı. Bəzən onlar yanlış istiqamətlərdə xidmət edirdi. Bundan sonra isə gənclərin hansısa xarici ölkələrə dini təhsil almaq üçün üz tutma halları azalacaq. Çünki artıq Azərbaycanda daha yaxşı  dini təhsil verən ali təhsil ocağımız açılıb”.

koordinat.az xəbər verir ki, bunu şərqşünas-alim, akademik Vasim Məmmədəliyev deyib.

Alimin sözlərinə görə, dini təhsil alan gənclərə nikbin yanaşmaq lazımdır:

“Hətta biz tələbələrimizə mühazirə oxumaq üçün xaricdən mütəxəssislər dəvət edirdik. Ümumiyyətlə, gənclərin ali dini təhsil almasına nikbin yanaşmaq lazımdır”.

Vasim Məmmədəliyev Bakı İslam Universitetinin fəaliyyətini dayandırmasına da münasibət bildirib:

“Bakı İslam Universitetinin fəaliyyətini dayandırmasını çox qabardırlar. Halbuki, o boyda yeni Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Yeni yaradılan institut Azərbaycanda çox yaxşı ali dini təhsil verəcək. Orada çox yaxşı mütəxəssislər yetişir. Ona görə də yeniliklər üzərində daha çox dayanmaq lazımdır”.
03.10.2018 09:12:14
Oxuma sayı: 405