Sosial şəbəkələr nəzarətə götürülür –9 maddədən ibarət layihə Milli Məclisdə
Ölçü:


Azərbaycanda “Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında” yeni qanun layihəsi hazırlanır.   

Koordinat.az xəbər verir ki, hazırda ilkin variantda 1 fəsil və 9 maddədən ibarət olan layihədə sosial şəbəkələrdən istifadə, informasiya yayımı və digər məsələlərlə bağlı hüquqi tənzimlənmələr əksini tapıb.

Qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisin komitələrində müzakirəyə çıxarılması gözlənilir.

Layihə üzərində işin yekunlaşacağı təqdirdə sənədin Milli Məclisin payız sessiyasında, yaxud növbəti sessiyada müzakirəyə çıxarılması mümkündür/Report.

02.10.2018 15:24:25
Oxuma sayı: 364