Politoloqdan şok açıqlama: “7 rayon qaytarılır, Dağlıq Qarabağ isə..."
Ölçü:


"Ermənistanın 5-7 rayonu qaytarması məsələsi gerçəkləşə bilər. Görünür, Ermənistanın  baş naziri Nikol Paşinyan ciddi və son xəbərdarlığı, biabırçı məğlubiyəti nəzərə alıb və sülhü seçib”.

Koordinat.az xəbər verir ki, bunu İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-politoloq İlqar Altay deyib. Onun sözlərinə görə, Qarabağ ətrafı proseslərin gedişatı, müşahidə, analizlər bunu göstərir: "Paşinyan çox çalışdı, heç olmasa, ətraf rayonlar Dağlıq Qarabağa müstəqillik verilməsi şərtilə qaytarılsın. Ancaq görünür, qəti tələb qoyulub ki, dərhal və qeyri-şərtsiz qaytarılsın. Bu da, düşünürəm ki, ermənilərin təxminən Dağlıq Qarabağı da itirməsi deməkdir. Belə getsə, Dağlıq Qarabağa yüksək status da çətin ki, verilsin. Çox güman ki, SSRİ vaxtındakı statusuna qaytarılacaq. Bu da yenidən insanlarımızın Şuşa, Xocalı və digər yurd-yuvalarına qayıtması deməkdir. Əgər hər hansı geosiyasi gözlənilməzlik baş verməsə...”

İlqar Altay Qərbin bu proseslərdən tam kənarda olduğunu vurğulayıb.
01.10.2018 18:43:00
Oxuma sayı: 1753