Bakıda qatar avtobusla toqquşdu- 1 ölü, 9 yaralı
Ölçü:


Bakıda sərnişin avtobusu qatarla toqquşub.

Koordinat.az
unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb. Belə ki, içərisi sərnişinlə dolu 160 saylı marşrut xətti hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.

Ölən və yaralananlar var. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edilib. Qəza nəticəsində 9 yaralı Sabunçuda yerləşən 3 saylı şəhər xəstəxanasına aparılıb. Onlardan 1-i xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 
 
01.10.2018 15:01:00
Oxuma sayı: 719