Bayram Səfərov: "Dağlıq Qarabağda nəyimiz var ki!?"
Ölçü:


“Bu gün Dağlıq Qarabağda nəyimiz var ki!? Büdcə nəyə lazımdır?  Əgər  lazım olsa, cənab prezident hamısını nəzərə alır. Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə  çatdırılması, əlavə informasiyaların verilməsi üçün isə büdcədən pul ayrılmasına razıyam. Əlbəttə, bunu yaxşı qəbul etmək olar”.

Koordinat.az
xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov "Modern"ə açıqlamasında bildirib.

Xatırladaq ki, deputat Zahid Oruc 2018-cil dövlət büdcə layihəsinin müzakirəsi zamanı Dağlıq Qarabağ da vəsait ayrılmasını təklif edib: "Bir sətir ilə büdcə sistemində Dağlıq Qarabağa ayırmaları qeyd etməliyik. Dağlıq Qarabağ erməni işğalı altındadır, ona görə də bu proses baş tutmayacaq. Biz ABŞ və digər ölkələrə etiraz edirik ki, 23-24 il ərzində, təxminən, 250 milyon dollara yaxın vəsait ayrılıb. Biz ona etiraz edəndə, dünya ölkələrinə rahatlıqla təqdim edə bilərik ki, Azərbaycanda büdcədən Naxçıvan Muxtar Respublikasına olduğu kimi, Dağlıq Qarabağa da vəsait ayırıb. Amma məsələ işğal reallığına görə işləmir”.
07.11.2017 14:38:00
Oxuma sayı: 1750