Sanksiyalar Rusiyanı niyə çökdürə bilmir? - TƏHLİL
Ölçü:


Kapitoli Təpəsində Rusiyaya qarşı yeni sanksiyaların “sarsılması” haqqında bütün cəsarətli söhbətlərdə müəyyən əsas var. Rusiya iqtisadiyyatı sanksiyalara yaxşı izolyasiya olunub. Beynəlxalq Valyuta Fondunun (BVF) da təsdiqlədiyi maliyyə-pul siyasəti və neft qiymətlərinin son günlərdə yüksəlməsi sayəsində Moskva xarici valyuta ehtiyatlarını 2014-cü ildən etibarən yenidən və təxminən yarım trilyon dollara qədər artırıb (Bu, Rusiya ÜDM-nin üçdə birinə bərabərdir və 17 aylıq idxalı əhatə edə bilər).

Qərb siyasətçiləri rublun məzənnə dəyərinin enməsindən danışmağı xoşlasalar da, bu il milli valyutanın 25% dəyər itkisi, həqiqətən, dövlət büdcəsinə fayda gətirib. Prezident Vladimir Putinin bəxtindən Rusiyanın dollar gəlirləri karbohidrogen ixracından asılıdır, hökumətin sosial xərcləri isə rublla həyata keçirilir.

Rusiyanın suveren borcu ali səviyyədə idarə olunur və ÜDM-in 17 faizini (2017-ci ilədək), yaxud valyuta ehtiyatlarının təxminən 50 faizini təşkil edir. Bəzi sanksiyalar yeni suveren borcların qaytarılmasına əngəl olmaq üçün nəzərdə tutulsa da, rus hökumətinin pul qazanmaq arzusu və ya ehtiyacı yoxdur, çünki onun daxılları artıq neft gəlirləri ilə dolur.

Dövlətin iqtisadiyyatda davamlı hökmranlığı Kremli əlavə mühafizə ilə təmin edir. Rusiya iqtisadiyyatının ən azı 80 faizi dövlətə aiddir və ya əsasən rejimin təyin etdiyi qondarma oliqarxların nəzarətindədir. İşçi qüvvəsinin təxminən 38 faizi dövlət tərəfindən işlədilir. Yəni rusiyalıların iqtisadi rifahı böyük ölçüdə bazarın yüksəlişi və ya tənəzzülə deyil, hökumətin karbohidrogenlərin ixracı ilə qazandığının bir hissəsini bölüşdürməyə hazır olmasına bağlıdır.

Kreml sanksiyalar rejimini siyasi məqsədlər üçün heç vaxt istifadə etməyib. Putinin dediyi kimi, istənilən problem Kremlin deyil, Vaşinqtonun günahıdır. Sanksiyalar Rusiyadan kapital qaçışını kəskin şəkildə azaldıb. Dövlət elitanın səfərbər edərək və anti-Qərb ictimai ovqatını fəallaşdıraraq siyasi hakimiyyətini möhkəmləndirib. Ölkənin qeyri-populyar (və ehtimal ki, lazımsız) pensiya islahatlarına görə də Qərb ittiham olunur: hökumətin pulu çatmır, çünki Qərb sanksiyalar tətbiq edib və xarici investorları yolundan azdırıb…

Sanksiyalar Rusiya aktivlərinin qiymətinə ciddi təzyiq göstərir. Son sorğulara görə, Rusiyada sahibkarlarının 89 faizi öz biznesini satmaq istəyir. Bu, Putinin ətrafında olan 12 və ya daha çox aparıcı Ailəyə – ölkənin sərvət və kirayə mənbələrini inhisar etmək istəyənlərə dair mühüm xəbərdir.

İndi bu cür aktivlər ucuzdur, onlar dövlət bankları tərəfindən verilən kreditlərdən istifadə edilməklə alınır.

Rusiya hökuməti üçün ən faydalı sanksiyalar isə şəxsidir. Müxtəlif oliqarxlara tətbiq edilən sanksiyalar sadəcə onları Kremlə yaxınlaşdırır. Çünki Rusiyada şirkətlərə əsl sahibkarlıq mövcud deyil, sahibkarlıq mənbələri sadəcə müvəqqəti idarəçiliyə verilib. Rejimin arzularından kənara çıxan istənilən oliqarx hər şeyi itirir. Odur ki, Putinin ətrafındakı acgözlər öz aktivlərinin satışını təşkil etməkdən çox xoşbəxtdir.

Məsələn, bu il ABŞ sanksiyaları ilə hədəfə alınan Oleq Deripaska, alüminium istehsalçısı “Rusal” şirkəti, “En + enerji” qrupu və bir çox digər müəssisələrin sahibi biznesini saxlamaq üçün səhmlərini dövlətə satmağa məcbur idi. “Rusal”ın səhmləri aprel sanksiyalarının elanından sonra dəyərdə azaldıqda, şirkətin bazar kapitallaşması və qazancları, həqiqətən də, Rusiyanın neft və qaz nəhənglərinə nisbətən kiçik kartofu xatırladırdı.

Halbuki Rusiyanın alüminium ixracatı ziyan çəkməyib. ABŞ və Aİ-də qlobal tədarük zəncirlərinin pozulmaması sayəsində. Həm də rus iqtisadiyyatının əsas struktur həssaslığı, əsasən, Avropaya karbohidrogenlərin və digər xammalın ixracından asılılıqdır.

Rusiyanın zəif damarı qabaqcıl texnologiya və avadanlıqların idxalı ilə tutula bilər. Lakin bu cür sanksiyalar da “Siemens” və “ABB” kimi beynəlxalq şirkətlərə zərər verəcək. Eyni şəkildə, Rusiyanın mülki aviasiya sektoru ehtiyat hissələrə, xidmətlərə və təyyarələrə görə ABŞ-dan asılıdır, amma maraqlıdır ki, bu sahəyə sanksiyalar nə geniş müzakirə olunub, nə də həyata keçirilib.

Əlbəttə, bunlardan heç biri Rusiya iqtisadiyyatının ləkəsiz, ya da bu gün məhsuldar olduğu barədə düşünməyə əsas vermir. Gələcək perspektivdə ÜDM-in təxminən 2 faiz artımından başqa proqnoz yoxdur. Ev təsərrüfatlarının böyük əksəriyyətinin gəlirləri azalmağa davam edir. Rusiyanın ən yaxşı və parlaq zəkaları Avropada və ya ABŞ-da iş axtarırlar. Ancaq ölkənin uzun müddətli rifahı Rusiya liderlərini maraqlandırmır. Onların diqqət mərkəzində sabitlik və rejimin qorunmasıdır.

Andrey Movçan (“Foreign Policy”)
Tərcümə: Strateq.az

28.09.2018 11:28:16
Oxuma sayı: 206