Rusiya Azərbaycana 4 milyard dollar investisiya qoyub
Ölçü:


Bu gün Heydər Əliyev Mərkəzində 9-cu Azərbaycan-Rusiya regionlararası forumu öz işinə başlayıb.

Koordinat.az
xəbər verir ki, Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələri üzrə hökumətlərarası dövlət komissiyasının həmsədri Şahin Mustafayev bildirib ki, belə formatda keçirilən tədbirlər işgüzar dairələr arasinda birbaşa əlaqələrin qurulması və qarşılıqlı faydalı layihələrin həyata keçiriliməsi üçün mümküm əməkdaşlıq sahələrinin müəyyənləşdiriləməsi baxımından əlverişli platformadır.

Ş.Mustafayev qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin bu gün Azərbayacana gələcək. O qeyd edib ki, Azərbaycan Rusiya əlaqələri qarşılıqlı hörmət, mehriban qonşuluq prinsiplərinə əsaslanır və staratəji tərfdaşlıq səviyyəsindədir.

“Dövlət başçıları ölkələrimiz arsında siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verir və prezidentlərin rəsmi nümayəndə heyətləri, iş adamları ilə çoxsaylı qarşılıqlı səfərləri bunun əyani göstəricisidir. Azərbaycan -Rusiya əlaqələrinin mühüm istiqamətlətindən biri də ticarət əməkdaşlığıdır və bu sahədə müsbət artım dinamikası müşahidə edilir, ölkələrimiz arasında ticarət əlaqəlrinin genişləndirilməsi və diversifikasiyası üçün kompleks tədbirlər görülür. Qarşılıqlı investisiya qoyuluşu sahəsində də aktiv əməkdaşlıq həyata keçirilir. Azərbaycan Rusiya iqtisadiyyatına 1 mlrd.  dollardan çox, Rusiya isə Azərbaycana 4 mlrd. dollardan artıq investisiya qoyub. Azərbaycanda təqribən 700 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Hər iki ölkə ikitərfli əlaqəlrin genişləndieilməsində maraqlıyıq”.
27.09.2018 10:19:22
Oxuma sayı: 502