Yağışlı hava ilə bağlı 3 günlük xəbərdarlıq
Ölçü:


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə vətəndaşlarına xəbərdarlıq edir.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Koordinat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti sentyabrın 28-i səhərədək davam edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 28-dək qeyri-sabit hava şəraiti davam edəcək. Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
26.09.2018 14:21:00
Oxuma sayı: 236