Leysan Bakının enerji sistemində fəsadlar yaranıb – "Azərişıq"dan açıqlama
Ölçü:


Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi Şimal-Qərb və Cənub Regional elektrik şəbəkələrində bəzi fəsadlara səbəb olub.

Koordinat.az
xəbər verir ki, bunu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, elektrik verilişi xətlərində “Azərişığ”ın əməkdaşları qabaqlayıcı tədbirlər görüb: “Əməkdaşlarımız yaranan qısa fasilələri operativ aradan qaldırıblar. Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən 97 saylı yarimstansiya güclü yağışın yaratdığı sel sularına məruz qalıb, Nəsimi və Nərimanov rayonlarının Cavadxan və Hacıbəyli küçələrinin yaşayış massivlərində səhər saatlarında qısa müddətli fasilə yaranıb”.

Xatırladaq ki, hazırda Bakının bəzi əraziərində işıqlar yanmır.
23.09.2018 13:52:06
Oxuma sayı: 845