“Azərenerji” bəyan edir: Etibar Pirverdiyevdən sonra...
Ölçü:


“Azərenerji” ASC-nin rəhbəri dəyişəndən sonra bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Koordinat.az xəbər verir ki, bu barədə "Azərtac"a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinə rəhbəri Yahya Babanlı məlumat verib. Bildirib ki, ölkə enerjisi sisteminin infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi məqsədilə müvafiq tədbirlər görülür. Müəssisələrdə əmək və xidmət intizamının möhkəmləndirilməsi istiqamətində bir sıra addımlar atılır.

Çevik və təkmil idarəetmə mexanizminin qurulması üçün yeni struktur üzərində işlər aparılır. Eyni zamanda, kadr potensialının gücləndirilməsi və ondan səmərəli istifadə olunması kimi vacib məsələlər diqqət mərkəzindədir.
21.09.2018 18:04:00
Oxuma sayı: 531