Əbülfəs Qarayev Pavel Stepanovla görüşüb
Ölçü:


Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində 21 sentyabr 2018-ci il tarixində Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini Pavel Stepanovla görüşüb.

Koordinat.az xəbər verir ki, görüş çərçivəsində 2019-2020-ci illərdə Azərbaycan Respublikası və Rusiya Federasiyasında qarşılıqlı mədəniyyət mövsümlərinin keçirilməsi ilə bağlı razılığın əldə edilməsindən əlavə bir sıra digər məsələlər müzakirə edilmişdir.

Müzakirələr zamanı müştərək film çəkilişinin həyata keçirilməsi, müvafiq təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən, teatr sahəsində çalışan gənc kadrların mübadiləsi, xoreoqrafiya tədris ocaqları arasında qarşılıqlı əməkdaşlıq imkanlarının nəzərdə keçirilməsi məsələləri qaldırılıb.

21.09.2018 17:10:18
Oxuma sayı: 443