Zahid Oruc: "Dağlıq Qarabağa da vəsait ayırmalıyıq"
Ölçü:


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Zahid Oruc Azərbaycanın dövlət büdcəsindən Dağlıq Qarabağa vəsait ayrılmasını təklif edib.

Koordinat.az xəbər verir ki, Zahid Oruc 2018-cil dövlət büdcəsinin müzakirəsi zamanı Azərbaycanın sanki iqtisadi cəhətdən təcavüz aktı ilə barışdığını dilə gətirib. Dağlıq Qarabağla bağlı fikirlərimi həmişə gündəmə gətirdiyini xatırladan deputat deyib ki, büdcə sistemində bir qeydlə Dağlıq Qarabağa vəsait ayırmaları salınmalıdır:"Dağlıq Qarabağ erməni işğalı altındadır, ona görə də bu proses baş tutmayacaq. Biz ABŞ və digər ölkələrə etiraz edirik ki, 23-24 il ərzində, təxminən, 250 milyon dollara yaxın vəsait ayrılıb. Biz ona etiraz edəndə, dünya ölkələrinə rahatlıqla təqdim edə bilərik ki, Azərbaycanda büdcədən Naxçıvan Muxtar Respublikasına olduğu kimi, Dağlıq Qarabağa da vəsait ayırıb, amma işğal reallığına görə büdcədən ayırma reallıqda işləmir”. 
07.11.2017 13:31:00
Oxuma sayı: 121