Gələcəyin universitetləri necə olmalıdır?- professor Şahlar Əsgərov yazır
Ölçü:


Dünən ADA Universitetində “Gələcəyin universitetləri necə olmalıdır?” mövzusu ətrafında dəyirmi masa keçrilib.

Koordinat.az xəbər verir ki, tədbirdə ekspert qismində professir Ədalət Muradov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, İnformasiya Texnologiyaları və Mühəndislik Məktəbinin baş müəllimi Abzəddin Adamov çıxış edirblər. Dəyirmi masada Milli Məclisin deputatları, təhsil sahəsində tanınmış ekspertlər də iştirak ediblər.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov dəyirmi masadakı müzakirələrlə bağlı fikirlərini özünün "Facebook" səhifəsində yayıb. Professor deyib ki, müzakirəyə çıxarılan məsələ aktuallığı ilə diqqəti cəlb edir: "Çünki 100 il və ya 50 il öncə gənclər biliyi yalnız universitetlərdə alırdılar. İndi gənclər biliyi bir çox kanallardan - internet resurslarından, o cümlədən YouTube kanalından və mobil telefonlardan alırlar. Bu sahədə universitetlər öz monopolluğun get-gedə itirir. Elə bu səbəbdəndir ki, "Nə etməli?" sualı günün ən vacib aktual məsələsi hesab edilməlidir".

Şahlar Əsgərov daha sonra yazır: "Professor Ədalət Muradov birmənalı hesab edir ki, əvvələr olduğu kimi, gələcəkdə də universitetlər gənc nəsilə bilik oyrətməlidir və biliyi informasiyadan fərqləndirmək lazımdir. Mən də bu fikrin tərəfdarıyam. Sual olunur “bilik” nədir? YUNESKO-nun qəbul etdiyi ateistik tərifə görə “Bilik hiss üzvlərimiz və təcrübə vasitəsi ilə əldə etdiyimiz bütün məlum olanlardır” . Müsəlman dünyasının qəbul etdiyi islami tərif belədir: “Bilik hissin, təcrübənin və vəhyin subut etdiyi bütün məlum olanlardır”. Biliyə verilən bu təriflərdəki fərqin ağır nəticələrini İslam dünyasına yaxşı bəllidir".

“Gələcəyin universitetləri necə olmalıdır?" sualı ətrafında davam edən müzakirəyə ABŞ-dan dəyərli alim Asəf Süleymanov da qoşuldu. Amma “Siz ölkəmizə qayıtmaq istərdinizmi?” sualına o, müsbət cavab vermədi. Bu ilin iyun ayında UNEC-in qonağı olan Nobel mükafatçısı Əziz Səncər də bənzər suala oxşar cavab vermişdi. Bax, bu sualların cavabı özü düşündürücü böyük sualdır.

Mən də müzakirələrə qoşuldum və texnoloji sinqulyarlıq zamanda yaşadığımızı diqqətə çatdırdım. Təmiz universitet elmləri tükənməkdə olduğundan, nəinki fənlərarası, həm də sahələrarası elmlərin universitetlərdə tədrisinə böyük ehtiyac var. Alimlər bir sahənin yox, bir neçə müxtəlif sahələrin bilicilərinə çevrilməlidir. Misal üçün fizikanı mükəmməl bilən bir alim, iqtisadiyyatı da öyrənərsə o, artiq universitetlərdə ekonofizik kimi fəaliyyət gəstərər. Gələcəyə də bu lazımdır".

Şahlar Əsgərov “Gələcəyin universitetləri necə olmalıdır? mövzusunda keçirilən tədbirin yaxşı təşkil edilməsinə görə təşkilatçılara minnətdarlığını da bildirib.
05.12.2017 13:03:45
Oxuma sayı: 284