70 yaşlı xəstənin qarnından 30 sm uzunluğunda törəmə çıxarıldı - BAKIDA
Ölçü:


İnsan bədənində törəmənin çox böyük ölçülərə çatması onun yavaş böyümə sürətindən xəbər verir. Lakin pasiyentimizin qarın nahiyəsində yer alan və 30 sm ölçüsündə nəhəng törəmə ətraf orqanlar və damarlara basqısı nəticəsində həyati təhlükəyə səbəb olub.

Koordinat.az xəbər verir ki,  “Keçməyən köp” şikayətləri ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən 70 yaşlı pasiyent müayinə olunub. Müayinələr nəticəsində sol böyrək, sidik axarı, bağırsaq və damarlarını ciddi zədələyən Retroperitoneal Sarkoma aşkar olunub və riskli, böyük həcmli əməliyyata qərar verilib.

Multidissiplinar yanaşma tətbiq edilərək əməliyyat və anesteziyanın riskləri dəyərləndirilib, müvafiq hazırlıq mərhələsindən sonra xəstə əməliyyata alınıb. RMDM-in uzman-cərrahı İlqar İsmayılov tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində törəmə tam olaraq xaric edilib və eyni zamanda risk altında olan orqan və funksiyaları qoruna bilib.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin peşəkar tibb heyətinin birgə əməyi nəticəsində 70 yaşlı xəstə çox mürəkkəb və riskli əməliyyatdan 5 gün sonra tam sağlam şəkildə evinə yola salınıb.
 
17.09.2018 17:39:51
Oxuma sayı: 366