Ərdoğan hərbi paradda: "Dağlıq Qarabağ problemi Türkiyənin problemidir"
Ölçü:

“Müstəqilliyindən bu yana Türkiyədə təhsil almış azərbaycanlıların sayı 125 mindən çoxdur. Hələ də 15 mindən çox azərbaycanlı tələbə Türkiyə universitetlərində təhsil alır”.

Koordinat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda çıxışı zamanı deyib. Türkiyənin dövlət başçısı qeyd edib ki, hər iki ölkənin ordusu ortaq hərbi təlimlər həyata keçirir, Əfqanıstan kimi dünyanın müxtəlif bölgələrində birlikdə fəaliyyət göstərir. “ Heç şübhəsiz ki, bu müvəffəqiyyətlərdə ümummilli lider Heydər Əliyevin vəfatına qədər sərgilədiyi qətiyyətli mövqe ilə, əziz qardaşım İlham Əliyevin səylərinin çox böyük rolu var”. Ərdoğan Qarabağ münaqişəsindən də söz açıb. O deyib ki, Dağlıq Qarabağ problemi Türkiyənin problemidir.Ərdoğan qeyd edib ki, buna görə də Türkiyə-Ermənistan sərhədlərinin açılmasından söhbət gedə bilməz:"Türkiyə Dağlıq Qarabağ probleminin həllində Azərbaycanı dəstəkləyib və bundan sonra da dəstəkləyəcək".

15.09.2018 16:10:00
Oxuma sayı: 716