Gürcüstanda heyvanlara işgəncə verənlər həbs olunacaq
Ölçü:



Gürcüstanda heyvanlara qarşı qəddar davranış və işgəncəyə görə cəza qanunvericilik səviyyəsində sərtləşdirilib.

Koordinat.az
“Sputnik Gürcüstan” nəşrinə istinadən xəbər verir ki, yeni qanun layihəsində qəddar davranış və işgəncəyə görə pul cəzası, ev həbsi və hətta azadlıqdan məhrum etmə də nəzərdə tutulub.

Bu barədə danışan Tiflis meri Kaxa Kaladze qanun layihəsinin hazır olduğunu və tezliklə parlamentin müzakirəsinə çıxarılacağını bildirib.

“Çox təəssüf ki, son zamanlar soyuq, pnevmatik və odlu silahdan istifadə ilə heyvanlara qarşı bir neçə işgəncə halları qeydə alınıb. Məhz belə hallar üzündən, Heyvan İzləmə Agentliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində qanunvericilikdə dəyişikliklər paketi hazırlanmışdır” – Kaladze
14.09.2018 15:40:00
Oxuma sayı: 428