Deputatın kəndlərdə görüşü davam edir
Ölçü:



Sentyabrın 13-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunun Mücü və Xankəndi kəndlərində sakinlərlə görüşüb və onları maraqlandıran problemlər barədə müzakirələr aparıb.

Koordinat.az
xəbər verir ki, görüşə ətraf kəndlərdən – Sulut, Kürdivan, Zeyvə və Sərsurə kəndlərindən də qəbula gələnlər olub. Əsasən su və şəxsi məsələlərlə bağlı deputata müraciətlər edilib. Bir neçə məsələ yerindəcə həllini tapıb. Bunlarla yanaşı, Xankəndi ərazisindən keçən çayın ətrafında bəndbərkitmə işlərinə də ehtiyacın olduğu deputatın diqqətinə çatdırılıb. Həlli vaxt tələb edən məsələlərlə bağlı əlaqədar strukturlara müraciətlərin edilməsini bildirən deputat onunla görüşə gələn sakinlərə öz təşəkkürünü bildirib.
14.09.2018 14:30:00
Oxuma sayı: 236