Zaxarova: “Qarabağın yekun statusu diplomatik yolla..."
Ölçü:


“Dağlıq Qarabağın yekun statusu siyasi-diplomatik yolla müəyyən olunmalıdır”.

Koordinat.az
bildirir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib. Onun sözlərinə görə, Rusiyanın bu münaqişə ilə bağlı mövqeyi dəyişməzdir: “Biz hesab edirik ki, Dağlıq Qarabağın son statusu siyasi – diplomatik yolla müəyyənləşməlidir”.

Zaxarova deyib ki, Rusiya Minsk qrupunun həmsədri kimi güzəştlərin əldə olunması üçün tərəfələr arasında  vasitəçilik səylərini davam etdirəcək: “Amma, əlbəttə, tərəflər problemin həllində irəliləyiş üçün müvafiq ab-hava yaratmalıdırlar”. 
13.09.2018 17:56:00
Oxuma sayı: 772