Bakının bəzi risdilli məktəblərində şagirdlərin sayı azalıb
Ölçü:


“Son illərin təhlilləri göstərir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan orta və tam orta təhsil səviyyələri üzrə rus bölmələrində bəzi siniflər, ümumiyyətlə, fəaliyyət göstərmir”.

Koordinat.az
xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib. Nazir müavini qeyd edib ki, bəzi siniflərdə şagird sayı azlıq təşkil edir: “Bu sahədə kadr çatışmazlığı da əlavə problemlər yaradır. İlkin təhlillər bəzi məktəblərdə rus bölməsinin bütün siniflər üzrə davamlı olmadığını, sinif sayının 2-3, bəzilərində isə 8-9 olduğunu göstərib. Şagird sayının azlığına baxmayaraq, həmin məktəblərdə buraxılış imtahanlarının nəticələri kifayət qədər yaxşı olmayıb”.

Məhəbbət Vəliyeva deyib ki, bu, təhsilin keyfiyyət göstəricilərinə mənfi təsir edib: “Buna görə də BŞTİ son 3 ildə davamlı şəkildə 9-cu siniflərin tədrisini təmin edə bilməyən məktəblərin siniflərini yaxın ərazilərə köçürülməsinə və təhsilin daha keyfiyyətli təşkil olunmasına şərait yaradıb”.
12.09.2018 18:01:25
Oxuma sayı: 226