Azərbaycanda 75 ölkədən 5410 əcnəbi tələbə var
Koordinat.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, ötən tədris ilində ölkəmizin ali təhsil müəssisələrində ümumilikdə 75 ölkədən 5 min 410 əcnəbi tələbə təhsil alıb. Bu rəqəm 2016/2017-ci tədris ili ilə müqayisədə 10 faiz çoxdur.
Əcnəbi tələbələrin arasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Çin, Hindistan, Pakistandan olan gənclər daha çoxluq təşkil edirlər.
Universitetlərimizdə əcnəbi tələbələrin təhsili üçün geniş imkanlar yaradılır.
08.09.2018 15:46:00
Oxuma sayı: 914