Qazaxıstanda azərbaycanlı brakonyer həbs olunub
Ölçü:


Qazaxıstan sərhədçiləri brakonyerliklə məşğul olan şəxsləri saxlayıb.

Koordinat.az
xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, göyərtəsində brakonyerlər olan 3 gəmi saxlanılıb.

Gəmidəki 9 brakonyerdən dördünün azərbaycanlı olduğu müəyyənləşib. Saxlanılan şəxslərdən 179 nərə balığı götürülüb. Sağ balıqlar yenidən dənizə qaytarılıb.

Faktla bağlı araşdırma aparılır
07.11.2017 10:55:51
Oxuma sayı: 2921