Güclü külək olacaq, leysan yağacaq
Ölçü:


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən Koordinat.az-a verilən məlumata görə, sentyabrın 8-9-da Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
       
Sentyabrın 9-da gün ərzində əsasən şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə  yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi sentyabrın 8-9-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
07.09.2018 12:19:00
Oxuma sayı: 290