Müddətli müqavilə ilə işləmək istəyən müəllimlər üçün daha bir şans
Ölçü:


Sentyabrın 8-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu aparılacaq.

Təhsil Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə isə musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə 42, digər fənlər üzrə 48 bal müəyyən edilib.
07.09.2018 11:08:48
Oxuma sayı: 353