Ən böyük qızıl ehtiyatı olan ölkələr – siyahı
Ölçü:


Ümumdünya Qızıl Şurası (World Gold Council) ən çox qızıl ehtiyatına sahib olan ölkələrin siyahısını açıqlayıb.

Koordinat.az xəbər verir ki,  hesabata əsasən, ən çox qiymətli metal ehtiyatına sahib ölkələr arasında ABŞ liderdir. Bu ölkənin qızıl ehtiyatları 8.133,5 ton təşkil edir. Almanya 3.369,9 ton, Beynəlxalq Valyuta Fondu 2.814,0 ton, İtaliya  2.451,8 ton, Fransa  2.436,0 ton, Rusiya 1.944,0 ton, Çin Xalq Respublikası 1.842,6 ton, İsveçrə 1.040,0 ton qızıl rezervə sahibdir.

Yaponiyanın qızıl rezervləri 765,2 ton, Hollandiyanın 612,5 ton, Hindistanın 561,9 ton, Avropa Mərkəzi Bankının 504,8 ton, Tayvanın 423,6 ton, Portuqaliyanın 382,5 ton, Səudiyyənin 323,1 ton, Qazaxıstanın 321,8 ton, İngiltərənin 310,3 ton, İspaniyanın 281,6 ton, Türkiyənin 240,2 tona bərabərdir.

06.09.2018 12:13:54
Oxuma sayı: 429