Azərbaycan təhsilində yeni rekord
Ölçü:


Əsas məqsədi ingilis dilində təhsil almış yüksək ixtisaslı mühəndis kadrlar hazırlamaq olan Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycan təhsili tarixində rekordu yeniləyib.

BANM-dan Koordinat.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının hər iki mərhələsi üzrə ümumi 13 nəfər 700 bal toplayıb və onların hamısı BANM-ı seçib. 700 bal toplamış abituriyentin hər biri artıq Ali Məktəbdə qeydiyyatdan keçiblər. Onların BANM-dakı ixtisas seçimi aşağıdakı kimi olub:

1. Xəyal Fərzəliyev – İnformasiya təhlükəsizliyi
2. Elgün Zamanlı – İnformasiya təhlükəsizliyi
3. Əsra Bayramova – İnformasiya təhlükəsizliyi
4. Şəkər Qədirli – İnformasiya təhlükəsizliyi
5. Aslan Aşirov – İnformasiya təhlükəsizliyi
6. Tapdıq Məhərrəmli – İnformasiya təhlükəsizliyi
7. Vasif Əsədov – Proseslərin avtomatlaşdırılması mühəndisliyi
8. Kənan Məhəmmədli – Proseslərin avtomatlaşdırılması mühəndisliyi
9. Azər Zeynallı – Proseslərin avtomatlaşdırılması mühəndisliyi
10. Sona Mehdizadə – Proseslərin avtomatlaşdırılması mühəndisliyi
11. İlqar Məmmədov – Proseslərin avtomatlaşdırılması mühəndisliyi
12. Anar Abıyev – Proseslərin avtomatlaşdırılması mühəndisliyi
13. Rüstəm Qarayev – Proseslərin avtomatlaşdırılması mühəndisliyi.

Qeyd edək ki, ötən il də I qrup üzrə 7 nəfər 700 ballı abituriyentin hamısı BANM-ı seçmişdi. Bu zamana qədər BANM-dan başqa Azərbaycanın heç bir universiteti bu göstəricini reallaşdıra bilməyib.

05.09.2018 10:36:00
Oxuma sayı: 343