ATƏT-in Baş katibi Bakıya gələcək
Ölçü:


Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qreminger Azərbaycana səfər edəcək.

Koordinat.az xəbər verir ki, Tomas Qreminger Bakıya sentyabrın 12-də gələcək. Səfər zamanı Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, Tomas Qreminger bu gün Ermənistanda işgüzar səfərdədir .

04.09.2018 11:40:11
Oxuma sayı: 441