Paşinyan yenidən Moskvaya gedir
Ölçü:


Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər etmək niyyətindədir.

Koordinat.az
xəbər verir ki, bu barədə o özü “facebook”da canlı yayımda bildirib: “Yaxın vaxtlarda mənim Moskvaya səfərim gözlənilir, hansı ki, onun gedişatında Rusiya prezidenti Vladimir Putinlə görüşəcəm. Bu, bizim üçüncü görüşümüz olacaq”.

Ermənistanın baş nazirinin mətbuat katibi Arman Eqoyan isə qeyd edib ki, hökumət başçısının səfəri barədə informasiya səfərdən 1-2 gün əvvəl yayılır. Buna görə də o, görüş barədə xəbəri nə təkzib, nə də təsdiq edə bilər.

03.09.2018 11:51:00
Oxuma sayı: 360