Azərbaycan universitetlərində ən bahalı ixtisaslarSİYAHI
Ölçü:


Azərbaycanda abituriyentlərin ali təhsil müəssisələrinə qəbulu başa çatıb. Artıq hər kəs oxuyacağı universiteti seçib.

Bəs, ölkədə ödənişi ən yüksək olan ixtisaslar hansılardır?

Koordinat.az
oxu.az-a istinadən Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə təhsilhaqqı ödənişləri yüksək olan ixtisasları təqdim edir (Bütün ixtisaslarda təhsilhaqqının məbləği manatla göstərilir):

Bakı Dövlət Universiteti
Hüquq - 4500
Beynəlxalq münasibətlər - 2900
Dünya iqtisadiyyatı - 2500
İqtisadiyyat - 2100
Tarix - 2100
Filologiya - 2100.

Azərbaycan Diplomatik Akademiyası (ADA)

Hüquq - 6500
Beynəlxalq əlaqələr -  6000
Biznesin idarə edilməsi - 6000
İnformasiya texnologiyaları - 6000.

Azərbaycan Dillər Universiteti
Azərbaycan dili müəllimliyi - 2500
Tərcümə - 2500
Regionşünaslıq - 2500
Beynəlxalq münasibətlər-  2500
İngilis dili müəllimliyi - 2500
İngilis dili filologiyası - 2500
İngilis dili tərcümə - 2500.
Burada ən aşağı təhsil haqqı isə alman və fransızdilli ixtisaslardadır – 1000 AZN.

Azərbaycan Tibb Universiteti

ATU-da müalicə işi - 4500
Əczaçılıq - 4000
Stomotologiya - 4000
Tibbi profilaktika - 4000.

Xəzər Universiteti
Müəllimlik - 4500
İqtisadiyyat - 4000
Tərcümə  - 5000
Mühəndislik – 4500
Turizm - 5000.

Dövlət İdarəçilik Akademiyası
Kompüter elmləri – 2500
Politologiya – 3000
Beynəlxalq münasibətlər – 3000
Hüquqşünaslıq - 3000
Dövlət və bələdiyyə idarəetməsi – 3000
Menecment – 2500
İqtisadiyyat - 2500.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Neft və qaz – 2100
Kompüter elmləri – 1800
Kompüter mühəndisliyi- 1800
Sənayenin təşkili və idarə olunması - 2100.

Beləliklə, universitetlərin təhsilhaqı ödənişlərinə nəzər salsaq, məlum olur ki, son 5 ildə ixtisasların ödənişləri artıb. Belə ki, təhsilhaqqı 200-1500 manat miqdarında yüksəlib. Məsələn, Azərbaycan Tibb Universitetində 5 il əvvəl ixtisaslarda ödəniş 2000, ötən il 3000, bu il isə 4500 manatdır.  Bakı Dövlət Universitetində isə 5 il əvvəl hüquq fakültəsində təhsilhaqqı 2500 manat olduğu halda bu il həmin məbləğ 4500 manat təşkil edir.
 
31.08.2018 17:19:08
Oxuma sayı: 493