126 saylı məktəbin şagird və müəllimləri köçürülür
Ölçü:


Bakıdakı 126 saylı tam orta məktəbdə ölkəmizdə uşaq və gəncləri sağlam həyat tərzinə istiqamətləndirmək, idmana meyil və marağı olan məktəbyaşlı uşaqları aşkara çıxarmaqla onların mənəvi və fiziki inkişafının təmin edilməsinə şərait yaratmaq, yüksək səviyyəli idmançılar hazırlamaq, habelə məktəblilərin potensial imkanlarının davamlı inkişafı üçün əlverişli infrastruktur və səmərəli tədris-idman sisteminin yaradılmasını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən 20.07.2018-ci il tarixli əmr imzalanıb.

Koordinat.az xəbər verir ki, bu məsələ ilə bağlı avqustun 29-da məktəbin kollektivi ilə görüş keçirilib. Görüşdə müəllimlərin sualları cavablandırılıb. Bildirilib ki, Təhsil Nazirliyinin tabeliyindəki “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi ilə Bakı şəhəri 126 nömrəli tam orta məktəbin bazasında “Vətən” İdman liseyinin yaradılması tədrisə və müəllim kollektivinin fəaliyyətinə müsbət təsir göstərəcək. Müəllimlərin dərs yükündə azalma hallarına yol verilməyəcək. Məktəbin ibtidai təhsil səviyyəsinin şagird və müəllimləri 244 nömrəli tam orta məktəbə köçürüləcək. Müəllimlərin və valideynlərin naratlığına heç bir əsas yoxdur.

Qeyd edək ki,  media və sosial şəbəkələrdə yazılan məlumatlara görə, adıçəkilən məktəbin şagirdlərinin valideyn və müəllimlərə xəbər verilmədən köçürülməsi narazılıq yaradıb. 
31.08.2018 14:36:00
Oxuma sayı: 802