Körpə əməliyyat zamanı ölüb- Mingəçevirdə
Ölçü:


Mingəçevirdə azyaşlının ölümü ilə bağlı Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şöbəsinin ilkin rəyi məlum olub.

Koordinat.az
xəbər verir ki, Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov “Report”a çıqlamasında Ayaz Həsənəliyevin əməliyyat zamanı ölümünün səbəbinin araşdırıldığını bildirib. Onun sözlərinə görə, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən ilkin rəy formalaşıb: “Körpənin orqanizmində ağciyər problemlərinin mövcudluğu aşkarlanıb. Problemin virus mənşəli, xroniki, yaxud başqa səbəblərlə əlaqəli olması ilə bağlı məsələyə analizlərin növbəti mərhələsində aydınlıq gətiriləcək. Biz bu məqsədlə nümunələri daha dərin analizlərin əldə edilməsi üçün paytaxta göndərəcəyik”.

Həkim qeyd edib ki, Ayaz Həsənəliyev yırtığın (qrija) aradan qaldırılması diaqnozu ilə əməliyyata alınıb: “Bir xəstəxana körpəni ağır durumda əməliyyat etməkdən imtina edib. Körpənin valideynləri ümidlə Mingəçevirə üz tutublar. Elə bir vəziyyətdə biz də müalicədən imtina etsək, peşə etikasına uyğun olmazdı. Məhz bu amilləri nəzərə alaraq əməkdaşlarımız çarəsiz durumda belə körpəni əməliyyat edərək xilas etməyə çalışıb. Təəssüf ki, onun orqanizmində qeyd etdiyim kimi digər fəsadlar üzə çıxıb ki, bu da əməliyyatın gedişinə təsir edib”.

Qeyd edək ki, 2 yaşlı Ayaz Vüsal oğlu Həsənəliyev ailənin 3-cü övladıdır. Onun atası Vüsal Həsənəliyev hazırda həqiqi hərbi xidmətdədir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.

22.08.2018 17:26:00
Oxuma sayı: 825