4 tələbəmiz Rumıniyada təhsil almaq imkanı qazanıb -Nazirlik
Ölçü:



Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2018-19-cu tədris ili üçün Rumıniya təhsil təqaüd proqramının nəticələri açıqlanıb.

Koordinat.az bildirir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq 4 Azərbaycan vətəndaşı  2018-19-cu tədris ili üzrə Rumıniyanın universitetlərində təhsil almaq imkanı qazanıb.

Seçim barədə Rumıniya tərəfindən verilən yekun qərar nəticəsində 4 nəfər “University of Bucharest”, “Babeș-Bolyai University”, “Universitatea „Alexandru Ioan Cuza din Iași” və “Oil & Gas University of Ploiești” ali təhsil müəssisələrində mühəndislik, biologiya və biznes ixtisasları üzrə magistratura ( 3 nəfər )  və doktorantura ( 1 nəfər ) səviyyələri üzrə  təhsil almaq hüququ qazanıb.

Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 1 fevral tarixində elan verilib. 
21.08.2018 11:28:49
Oxuma sayı: 1122