İdman Dırmanması ( Ç, S ) üzrə "ÜMİD" yarışı yekunlaşdı
Ölçü:


11-12 iyun 2016-cı il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə idman dırmanmasının çətinlik və sürət növləri üzrə "ÜMİD" yarışı keçirilib.

FAREX-in mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, yarış 14 yaşdan yuxarı oğlanlar və qızlar arasında 2 kateqoriya üzrə, idman dırmanmasına yeni başlayanlar arasında keçirilib. Çempionat yeni başlayan idmançıların həvəsləndirilməsi və yarış təcrübəsinin artırılması məqsədilə təşkil olunub. Yarış qaliblərinə kubok,medal, diplom və hədiyyələr təqdim edilib.

Koordinat.az yarışın nəticələrini təqdim edir:

Çətinlik oğlanlar
1.Yer – Məsimli Şamil
2.Yer – Əliyev Gəray
3.Yer – Həsənzadə Tərlan
 
Çətinlik qızlar

1.Yer -  Əhmədova Leyla
2.Yer – Novruzova Fidan
3.Yer – Cəfərova Zemfira
 
Sürət oğlanlar
1.Yer -  Əliyev Gəray
2.Yer - Məmmədov Ruslan
3.Yer - Mehdiyev Çingiz

Sürət qızlar
1.Yer - Şubina Yusliya
2.Yer - Cəfərova Zemfira
3.Yer - Mustafayeva Valeriya

Komanda hesabı ilə
1.Yer - Qafqaz İdman Klubu
2.Yer - Gömrükçü İdman Klubu
3.Yer - Qərb Universiteti İdman Klubu

 
17.06.2016 13:46:42
Oxuma sayı: 2769