Serj Sarkisyan cənhə zonasında müşavirə keçirdi, hərbi təlimlərə baxdı - FOTOLAR
Ölçü:


Ermənistan prezidenti Serj Sarkisyan gizli şəkildə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Koordinat.az xəbər verir ki, bu barədə "Novosti Armeniy" məlumat yayıb. Bildirilir ki, Sarkisyan Xankəndində qondarma rejimin rəhbərliyi ilə görüşüb. Daha sonra o, cəbhə zonasında, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyəti öyrənmək üçün hərbiçilərlə müşavirə keçirib.

Dağlıq Qarabağa səfəri çərçivəsində Serj Sarkisyan bu gün işğal edilmiş Qarabağın cənub hissəsində bir sıra hərbi hissələrə baş çəkib. O, Ermənistan ordusunun Qarabağda keçirdiyi hərbi təlimləri izləyib.

Ermənistan prezidenti həmçinin yeni kazarmaların, bir sıra obyektlərin təntənəli açılış və hərbi qulluqçular üçün çoxmənzilli yaşayış binasının istismara verilməsi mərasimlərində iştirak edib.

02.12.2017 22:30:42
Oxuma sayı: 83