İranın müdafiə naziri:“Azərbaycanla əlaqələrimiz qardaşlıq prinsipinə söykənir”
Ölçü:



İranın Azərbaycan, Türkiyə, Əfqanıstan və Pakistanla əlaqələri qardaşlıq və mehriban qonşuluq prinsipinə söykənir.

Koordinat.az xəbər verir ki, bu sözləri dövlət televiziyasında çıxışı zamanı İranın müdafiə naziri, general-mayor Əmir Hatəmi deyib. Çıxışında aktual mövzulara toxunan nazir qonşu ölkələrlə qardaşlıq münasibətlərinin olduğunu bildirib. O qeyd edib ki, bu əlaqələr səmimiyyət üzərində qurulub.
19.08.2018 20:31:00
Oxuma sayı: 420