Bu gündən həcc ziyarəti başlayıb
Ölçü:



Milyonlarla zəvvar Səudiyyə Ərəbistanında illik Həcc ziyarətinə başlayıb.

Koordinat.az
-ın məlumatına görə bu gündən etibarən zəvvarlar beş gün İslamın ən müqəddəs yeri sayılan və Məhəmməd Peyğəmbərin ayaq izi olan Məkkədə Kəbə ətrafında dövrə vuracaq.

Dünya boyu müsəlmanlar zəvvarların Kəbə ətrafında beş gün davam edən ziyarətini izləyəcək. Bazar ertəsi günü Ərafat dağında yekun mərasim təşkil edilməlidir. Zəvvarlar Muzdalifə adlanan bölgədə şeytanın daşa basılma mərasiminə qatılacaq. İslam dininə əsasən, hər bir müsəlman həyatında heç olmasa bir dəfə Həcc ziyarətini yerinə yetirməlidir.
19.08.2018 19:06:30
Oxuma sayı: 471