İndoneziyada 6,3 bal gücündə zəlzələ baş verib
Ölçü:


İndoneziyanın Lombok adasında 6,3 bal gücündə zəlzələ baş verib.

Koordinat.az-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeri vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların episentri Lombok adasında, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
19.08.2018 10:13:39
Oxuma sayı: 704