Azərbaycanda 62,5 min nəfər Prezident təqaüdçüsü var
Ölçü:


Azərbaycanda Prezident təqaüdü alan şəxslərin sayı məlum olub.

Koordinat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuş müxtəlif kateqoriyadan olan şəxslərin sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz artaraq 62,5 min nəfər olub.
15.08.2018 16:18:00
Oxuma sayı: 415