Köçəryanın azad edilməsinə etiraz
Ölçü:


“Yerevan Apellyasiya məhkəməsinin Ermənistanın sabiq prezidenti Robert Koçaryanın azad edilməsi haqqında qərarı qeyri-qanunidir”. 

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti bəyanat yayıb. Bildirilir ki, Apellyasiya Məhkəməsinin Robert Köçəryanın azad edilməsi haqqında qərarı qeyri-qanunidir. Ümid edirik ki, Baş Prokurorluq bu qərardan Kassasiya məhkəməsinə şikayətlə müraciət edəcək.

Xatırladaq ki, Yerevanın Apellyasiya məhkəməsi bu gün konstitusiya quruluşunu devirməkdə ittiham olunan keçmiş prezident Robert Kəçəryanı toxunulmazlığı ilə əlaqədar azad edib. Hələ avqustun 10-da müzakirələr üçün məsləhət otağına çəkilən hakim Aleksandr Azaryan bu gün Koçaryanı azad edib.Onun vəkillərindən biri Ruben Saakyan hakimin qərarını elan edərək Koçaryanın artıq məhkəmə binasını tərk etdiyini bildirib.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan 2008-ci ili mart seçkiləri zamanı kontitusion quruluşu devirmək maddəsi ilə həbs edilib. Prokuror hakimə onun üçün həbsdə qalmağın ədalətli olacağını bildirib.

13.08.2018 16:33:00
Oxuma sayı: 422