“Gənclər arasında Milli Qəhrəmanlarımızın təbliği: Albert Aqarunov
Ölçü:


“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə “Gənclər arasında Milli Qəhrəmanlarımızın təbliği: Albert Aqarunov” layihəsi çərçivəsində növbəti tədbir keçirib.

Koordinat.az xəbər verir ki,  iyunun 11-də də layihə çərçivəsində Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində fəaliyyəti Milli Qəhrəman Albert Aqarunov barədə məlumatın yer aldığı bukletin təqdimatı keçirilib.  Tədbirdə çıxış edən “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov deyib ki, layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyətini təbliğ etmək, yeniyetmə və gənclərimizin Milli Qəhrəman Albert Aqarunov kimi yaşamağa, Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə verməkdir. Bu məqsədlə hazırlanan buklet Yevlax rayonunda orta məktəblərin şagirdləri arasında paylanacaq.  Aprel döyüşlərində Ali Baş Komandan İlham Əlyevin qətiyyəti və Azərbaycan ordusunun qəhrəmanlığı barədə söz açan R. Cürənov edən “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin fəaliyyətində gənclərimiz arasında vətənpərvərlik təbliğanının xüsusi yer tutduğunu vurğulayıb.

 
Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.


 
13.06.2016 11:30:28
Oxuma sayı: 1035