Paşinyan Köçəryanın həbsini şərh etmədi
Ölçü:



Ermənistan baş naziri Nikol Paşinyan sabiq prezident Robert Köçəryanın həbsini şərh etməyib.

Koordinat.az yerli KİV-ə istinadən bildirir ki, Paşinyan açıqlamasının təhrif edilə biləcəyini deyib.

“Düşünürəm ki, bu gün açıqlama versəm, bu, təhrif edilə bilər və məni işə qarışmaqda ittiham edərlər. Ancaq hesab edirəm ki, Ermənistanın istənilən vətəndaşı bu sualın cavabını bilir”, - o vurğulayıb.

Hazırda apellyasiya məhkəməsi Robert Köçəryanın həbsi ilə bağlı onun şikayətinə baxır.
10.08.2018 18:55:00
Oxuma sayı: 573