ABŞ Çin və Rusiyaya qarşı kosmik müharibələrə hazırlaşır
Ölçü:



ABŞ-ın vitse-prezidenti Maykl Pens yeni yaradılan kosmik qüvvələrlə bağlı planı Pentaqonda təqdim edib.

Koordinat.az
xarici KİV-ə istinadən xəbər verir ki, vitse-prezident Trampın Hərbi Kosmik Qüvvələri, o cümlədən elit kosmik qrupların yaradılmasına tərəfdar olduğunu deyib.

Həmin qüvvələrin yaradılması prosesinin 2020-ci ildə yekunlaşacağı və Çinlə Rusiyaya qarşı yönələcəyi bildirilib.

“Müşahidələrimiz aydın göstərir ki, rəqiblərimiz kosmosu döyüş meydanına çeviriblər və biz bu prosesdən kənarda qala bilmərik. Biz kosmosda da, Yerdə də sülh istəyirik. Amma tarixin təcrübəsi göstərir ki, bunun üçün güclü olmaq lazımdır. Bizim Hərbi Hava Qüvvələrimiz və Hərbi Kosmik Qüvvələrimiz ayrı-ayrılıqda olacaq”-deyə Pens deyib.
10.08.2018 14:08:54
Oxuma sayı: 769