Ərdoğan: “Onların dolları varsa, bizim də Allahımız var”
Ölçü:



Türkiyəyə iqtisadi təzyiq göstərməyin heç bir perspektivi yoxdur.

Koordinat.az
xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyəyə qarşı müxtəlif kampaniyalar aparılır:

“Bütün bunlara fikir verməyin. Əgər onların dollarları varsa, bizim də xalqımız, haqqımız və Allahımız var.”

Qeyd edək ki, Türkiyə-ABŞ gərginliyi fonunda lirə dollar qarşısında rekord həddə ucuzlaşıb. Dolların məzənnəsi 6 lirəyə yaxınlaşıb.

 
10.08.2018 12:50:00
Oxuma sayı: 524