İraq İrana qarşı sanksiyalara qatılmayacaq
Ölçü:



İraq Xarici işlər nazirliyinin ABŞ-ın İrana qarşı sanksiyalarına qatılmayacağını bildirib.

Koordinat.az
İHA agentliyinə istinadən xəbər verir ki, İraq hakimiyyəti ABŞ-a sanksiyaları ləğv etməsi üçün təzyiq edilməsi çağırışını edib.

İraq XİN-nin mətbuat katibi Əhməd Mahcub İranın İŞID-la mübarizədə ölkəsinə yardımını xatırladaraq sanksiyalara qatılmayacaqlarını bildirib.

O, həmçinin dünya ictimaiyyətini ABŞ-a sanksiyaları ləğv etməyi üçün təzyiq göstərməyə çağırıb.
09.08.2018 18:00:00
Oxuma sayı: 508