Lavrov Türkiyəyə səfərə hazırlaşır
Ölçü:


Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 13-14-də Türkiyəyə səfər edəcək.

Koordinat.az xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Səfər çərçivəsində Lavrovun səfirlərin görüşündə çıxış edəcəyi və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlar aparacağı planlaşdırılır.

“Rusiya-Türkiyə müzakirələrinin mərkəzində beynəlxalq gündəmin aktual məsələləri – Suriya, Yaxın Şərq, Zaqafraziya, Mərkəzi Asiya, Ukrayna və Qara dəniz regionundakı vəziyyət dayanacaq”, – M.Zaxarova söyləyib
09.08.2018 17:04:00
Oxuma sayı: 426