Rus hərbi ekspert: "Qarabağda silahlı münaqişə başlaya bilər”
Ölçü:


“Bütövlükdə Cənubi Qafqazda vəziyyət olduqca gərgindir. Bu baxımdan, yaxın zamanlarda Dağlıq Qarabağda silahlı münaqişə baş verə bilər”.

Koordinat.az xəbər verir ki, bu barədə Rusiyanın tanınmış hərbi eksperti Pavel Felqenhauer “RTVI”yə müsahibəsində deyib. Onun fikrincə, Qarabağda alovlanacaq müharibə Gürcüstana də təsirsiz ötüşməyəcək. Çünki məhz Gürcüstan vasitəsilə Rusiya Ermənistanla quru əlaqəsi yaratmaq imkanına sahibdir: “Hazırda Rusiyanın Ermənistandakı yeni rəhbərliklə çox böyük çətinlikləri var. Ona görə Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistanı da nəzərdə tutaraq birbaşa formada dedi ki, Gürcüstanın NATO, Amerika və Qərbə tərəf gələcək addımları bütün regionda qorxunc müharibəyə gətirib çıxaracaq”.

Rusiyalı hərbi ekspert vurğulayıb ki, İrəvan Tbilisinin yolu ilə getməyə cəhd etsə, Dağlıq Qarabağda irimiqyaslı müharibə və ciddi məğlubiyyətlə üzləşə bilər.
09.08.2018 13:17:00
Oxuma sayı: 418